Demokratik TV
Xəbər lenti
Gəncədə yeni çəkilmiş asfalt çökdü - VİDEO
- 19 fev 2021, 21:19

Demokratik.Az-ın məlumatına görə, acı mənzərə Gəncədəki korrupsiyadan, nəzarətsizlik və yerli məmur özbaşınalığından xəbər verir.
Sadə məntiqlə də anlaşılan odur ki, sözügedən küçənin abadlaşdırılması və yenidən qurulması məqsədilə ayrılan pullar da yeyilib. Gəncə İHB-nin belə bərbad yolu təmirdən sonra niyə və necə təhvil aldığı ayrıca araşdırmanın mövzusudur...
Xatırladaq ki, bir neçə gün öncə deputat Naqif Həmzəyev də sözügedən küçənin eyni hissəsini çəkərək "Azərsu Gəncədə yol təsərrüfatına vurduğu ziyanı aradan qaldırmağa başladı.." - deyə sosial şəbəkədə absurd paylaşım etmişdi. Ondan öncə isə MM-də çıxışında "Azərsu"nun bostanına daş ataraq şəhər yollarının bərbad olduğuna diqqət çəkmişdi. Deputat öz çıxışında Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasında "podratçı-icraçı" şirkət olan “Azəraqrartkinti” ASC-nin varlığını isə dilə gətirməmişdi.
Bu yolun da kanalizasiya və su çəkilişi məqsədilə dəfələrlə qazılmasını unutmaq olmaz...
Qısa videosüjeti təqdim edirik:

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır?
Bakının Yusif Səfərov küçəsində yeni yol qovşağı yaradılır
Cavid Qurbanovun köhnə işlərindən yeni xəbərlər üzə çıxdı
Tərtərdə 10 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur
Xırdalanda yollar 20 gün birtərəfli bağlanacaq
Bakıda tunelin üzərində asfalt örtüyü çöküb - VİDEO
İlham Əliyev Xətai rayonunda olub
Gəncədə biganəlik! Qəsəbə yollarını ot basıb - VİDEO
Gəncədə sərnişin avtobusu yolda batdı-foto
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti