Təhlil! “Elektron su təsərrüfatı” informasiya sistemi su problemini həll edəcəkmi?

  • 15 fev 2021, 15:43
"Ötən il , elə ondan əvvəlki illər də ölkədə  quraqlıq olub. 
Bununla bağlı ötən il keçirilən müşavirədə Prezident quraqlığa və bununla əlaqəli yaranan böhranlı vəziyyətə hazır olmadığımızı bildirmişdi. Ciddi su çatışmazlığı olduğu, itkilərə yol verildiyi vurğulanmışdı .

Suyun çatışmazlığı isə aqrar sektorda ciddi risklər yaratmağa başlayıb, məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir göstərir.

Elə özüm də bunu ötən yay müşahidə etmişdim. Balakəndə bütün kənd təsərrüfatı sahələrinin, meyvə bağlarının suvarılması üçün istifadə olunan Balakən çay  yayda qurumaq səviyyəsinə çatmışdı.
Güman ki , yağıntıların az olması səbəbindən  quraqlıqla bağlı bu il vəziyyət daha pis olacaq.
Su anbarları, sututarlar isə yoxdur, subartezianlar çatışmır. Zamanında bunlar  yaradılmayıb.
Fermerlər üçün subartezian qazdırmaq hədsiz böyük maliyyə resursları tələb edir. 

Problemin həlli üçün ötən il Prezident "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında " Sərəncam imzalayıb.

Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı  “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılıb və bir neçə gün öncə Prezident fərmanı ilə  sistemin Əsasnaməsi  də təsdiq edilib.
 
Ölkədə suyun bütün hərəkətinə bu sistem vasitəsilə nəzarət etmək nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FHN,  Meliorasiya və Su Təsərrüfatı , “Azərsu” və “Azərenerji”  su ilə əlaqəli bütün datalarını bu sistemə  inteqrasiya edəcəklər. Sistem real vaxt rejimində işləyəcək.
Bu elektron resursun sahibi ETSN , operatoru isə VXSİ Dövlət Agentliyidir. XRİT Dövlət Xidməti isə təhlükəsizliyə cavabdehdir.

Düşünürəm ki, adı çəkilən resurs eGov quruculuğu üçün, ölkə üzrə su təsərrütaflarının rəqəmsal transformasiyası üçün çox uğurlu addımdır.

Ümid edək , yaradılmış bu sistem mövcud su resurslarından daha effektiv istifadəyə imkan yaradacaq, itkilərə yol verilməyəcək , su ehtiyatlarının ədalətli bölgüsü həyata keçiriləcək.

Bununla belə düşünürəm ki,  suyun özünün olmadığı halda rəqəmsallaşma əhəmiyyətsizdir. 
Suyun olmadığı halda sahibkarlara verilən bütün güzəşt və subsidiyalar öz əhəmiyyətini itirir.
Gərək su ehtiyatı zamanında yaradılsın, itkilərə yol verilməsin  ki , onu rəqəmsallaşma ilə efferktiv idarə etmək mümkün olsun.

Aidiyyatı qurumlar bütün ölkə üzrə su rezervuarları və nəhəng su anbarları yaratmalı, dağ çayların resurslarından zamanında istifadə edilməli, subartezianlar şəbəkəsi qurmalı və cəmi bir neçə aylıq suvarma mövsümünə elə qış aylarından başlanmalıdır.

 P.S. Düşünürəm ki, “Elektron su təsərrüfatı” sisteminin operatorluğunun da ASAN -a verilməsi yekunda problemlər yarada bilər.
Fikrimcə, sistem istismara tam  hazır olduqdan, eGov-a tam inteqrasiya olduqdan sonra  onun idarəetməsinin də resursun sahibinə, ETSN-ə verilməsi daha doğru addım olardı".
Osman Gündüz
Oxşar xəbərlər