Günün videosu
Əli Həsənovun şərikliyi ilə Müşfiq Ələsgərli və Azər Həsrətin mənimsədiyi milyonların izi ilə...

bəzi detallara aydınlıq gətirilməsədə məlum olur ki, Avropa Şurasının Bakı ofisi, xüsusəndə ofisin nümayəndəsi Pərvanə Bayramova Əli Həsənovun himayə etdiyi bir sıra qurumlarla gizli anlaşma əldə etməklə, Azərbaycan mediası ilə bağlı layihələrdə yüzminlərlə avro-nu onların büdcəsinə köçürmüşdür. Bu barədə ətraflı məlumat verəcəyik.
Reallıq.TV –nin baş redaktoru İkram Rəhimov həmişə qeyd edib ki, Əli Həsənov, Mətbuat Şurası rəhbərliyi, Müşfiq Ələsgərli, Azər Həsrət, Yadigar Məmmədli və digərlərinin fəaliyyəti araşdırılmalı və qanuni tədbirlər görülməlidir. Təkcə, Müşfiq Ələsgərli və Azər Həsrətin Avropa Şurasından və Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 100-ə yaxın saxta layihələrə görə 500 mindən artıq vəsait almaları danılmaz faktdır. Müxtəlif dövrlərdə bu şəxslərin şərikli yaratdığı Jurnalistlərin Həmkarlar İttifaqına və CASFEN kimi təşkilatlara qanunsuz yollarla ayrılan dövlət vəsaitlərinin dəqiqləşdirilməsini aparırıq.

Məsələ təkcə bunlarla bitmir. Avropa Şurasının Bakı Ofisinin əməkdaşı Pərvanə Bayramova ilə “yaxın əməkdaşlığı” nəticəsində alınan pulların hesabatı aparılmadığından biz bu istiqamətdə araşdırmalarımızı davam etdiririk. Avropa Şurasına ünvanladığımız sorğuda son 6 ili nəzərdə tutmasaqda verilən cavabda son 6 ildə həyata keçirilən layihələr barədə məlumat verilir. Biz əminik ki, Mətbuat Şurasına illər öncə 600 min manata yaxın qrant ayrılıb və müxtəlif dövrlərdə adıçəkilən şəxslərə müxtəlif adlarla ödəmələr həyata keçirilib. Ona görə təşkilatdan sorğularımıza daha dolğun və obyektiv cavab gözləyirik.

Avropa Şurasına, Şuranın Bakı ofisinə – Pərvanə Bayramovaya, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ünvanladığım növbəti sorğulara cavabdan sonra bu barədə geniş məlumat verəcəyik və ümid edirik ki, aidiyyatı qurumlar məsələni hüquqi müstəvidə araşdıracaq.
P.S QHT–lərə Dövlət Dəstəyi Şurası və Avropa Şurasının Bakı Ofisi sorğularımızı cavabsız qoyarsa qanuna müvafiq olaraq Reallıq.TV məhkəməyə müraciət edəcək. /reallıq.TV/
