Azərbaycanda sənaye istehsalı 5 % azalıb

  • 12 dek 2020, 00:55
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 33,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az sənaye məhsulu istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4 % azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,4 % artıb.
Sənaye məhsulunun 60,7 %-i mədənçıxarma sektorunda, 33,2 %-i emal sektorunda, 5,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8 % azalıb, əmtəəlik qaz hasilatı isə 6,4 % artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 86,6 %, kompüter, elektron və optik məhsulların istehsalı 51,2 %, sair nəqliyyat vasitələrinin istehsalı 47,5 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 42,1 %, geyim istehsalı 41,5 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 %, kağız və karton istehsalı 37,7 %, tütün məmulatlarının istehsalı 27,1 %, tikinti materiallarının istehsalı 24,6 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,7 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20 %, kimya sənayesi məhsullarının istehsalı 19,5 %, elektrik avadanlıqlarının istehsalı 17,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 9,6 %, maşın və avadanlıqların istehsalı 8 %, hazır metal məmulatlarının istehsalı 4,2 % artıb, qida məhsullarının istehsalı 1,0 %, neft məhsullarının istehsalı 1,8 %, poliqrafiya məhsullarının istehsalı 3,2 %, içkilərin istehsalı 10,3 %, mebel istehsalı 25,2 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8 % artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,9 % azalıb.
Oxşar xəbərlər