Demokratik TV
Xəbər lenti
“Babək” gəmisi əsaslı təmirdən sonra istismara qayıdıb
- 18 noy 2020, 22:48
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi əsaslı təmir olunub.
ASCO-dan verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində tankerin baş və köməkçi mühərrikləri, nasosları, hava kompressorları, yağ və yanacaq seperatorları, avar valları, elektrik mühərrikləri təmir edilib.
Gəmi üzrə avtomatika və elektrik-quraşdırma işləri görülüb, dəmir təbəqələr dəyişdirilib. Göyərtədə yük, buxar, yanğın boruları sazlanıb və yeniləri ilə əvəzlənib. Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.
Məlumata görə, təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçirib.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
Məlumat üçün bildirək ki, uzunluğu 149, 9 metr, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Laçın" tankeri Aralıq dənizinə gedir - Rəsmi
Fransa və ABŞ-ın iki gəmisi Qara dənizi tərk edib
İlham Əliyev 3 gəmini istismara verdi - Foto
Bakı Gəmiqayırma Zavodunda BP üçün sualtı gəmi hazırlanır
ABŞ-a məxsus hərbi gəmi İran gəmisinə atəş açıb
Rusiya gəmisi Türkiyəni "qorxutdu"
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti