Rusiyadan kapital axını iki dəfəyə yaxın artıb

  • 11 noy 2020, 20:14
2020-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiyadan kənara capital axını 44,4 milyard dollar təşkil edib.
Rusiya Mərkəzi Bankının hesabatına istinadən ötən ilin eyni dövründə bu göstərici 26,4 milyard dollar olmuşdu.
Rusiya Mərkəzi Bankı xaricə capital axınındakı kəskin artımı iqtisadiyyatın müxtəlif sektorlarındakı qeyri-rezidentlər qarşısında öhdəliklərin azalması ilə izah edib.

Bu ilin on ayında Rusiyanın ticarət saldosu ötən ilkinə nisbətən iki dəfə azalaraq 73 milyard dollar təşkil edib. Sentyabr ayında ixracın həcmi illik ifadədə 14,1 faiz azalmaqla 30,5 milyard dollar, idxalın həcmi isə 2,7 faiz azalmaqla 20,454 milyard dollar olub.

Mərkəzi Bankın məlumatına əsasən cari ilin əvvəlində Rusiyanın valyuta ehtiyatları 10,7 milyard dollar azalıb. Buna büdcə qaydası çərçivəsindəki əməliyyatlar, həmçinin suveren dövlət borcunun ödənməsi səbəb olub. Ödəniş balansının cari əməliyyatlar hesabının profisiti ötən ilki 60,5 milyard dollara qarşı bu ilin 10 ayında 29,9 milyard dollar təşkil edib.
Oxşar xəbərlər