"AzerGold” şirkətində KORRUPSİYA - "Perlit" MMC tenderləri necə qamarlayır?

  • 25 sen 2020, 21:44
"AzerGold” QSC-nin fəaliyyətində korrupsiya faktları var”.

Demokratik.Az cebhe.info-ya istinadla xəbər verir ki, bu iddia ilə ictimai vəkil Samir Zeynalov çıxış edib.

Vəkil qeyd edib ki, "AzerGold” QSC ölkə ərazisində qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir:

"Azərbaycan Respublikasının Prezidentinin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib. Haqqında söz açdığım qurum tərəfindən elan edilmiş tender müsabiqəsinin qalibi 24.09.2020-ci il tarixdə "Perlit" MMC olub. Tenderin predimeti: "Çovdar Filiz Emalı Sahəsində 2020-ci il üçün nəzərdə tutulmuş cari təmir və abadlıq işlərinin satınalınması" təşkil edir. Bu məqsədlə podratçı şirkətə "810 285.56” AZN vəsait ödənilib. Eyni predimet üzrə ötən il sözügedən şirkətə 179 942 AZN vəsait ödənilib. Bu tərəflər arasında cari ildə gerçəkləşmiş sayca 2-ci tender sövdələşməsidir.

Belə ki, bundan öncə 30 mart 2020-ci il tarixdə "ÇFES-də nəzərdə tutulmuş bina və qurğuların tikinti-quraşdırma işlərinin satınalınması" məqsədilə elan edilmiş tender müsabiqəsinin qalibi də məhz "Perlit" MMC şirkəti olub. Bu məqsədlə məlum şirkətə "988 006.79" AZN vəsait ödənilib. Bununla da tərəflər arasında cari il üçün "satınalma" xidmətlərinin dəyəri 1 milyon 798 min 291 manat təşkil edib.

Şirkətin qanuni təmsilçisi: Ömrümov Məhərrəm Xansuvaroğludur.
Hüquqi: Ünvanı. Gəncə şəhəri, ADAU-nun yataqxanası, ev 6.
Nizamnamə kapitalı: 300 AZN
Qeydiyyat tarixi: 11.08.2004


Nəzərinizə çatdırım ki, "Perlit" MMC külli miqdarda vergi borcu olan şirkətdir. Şirkətin bu günə olan vergi borcu 4 milyon 60 min 400 manat təşkil edir. (VÖEN: 5800002331). Bu mühüm fakt isə onu deməyə əsas verir ki, bu şirkətin "Dövlət satınalmaları" haqqında qanunun tələblərinə görə tender müsabiqələrində iştirakı qadağan olunub. Lakin ənənəvi olaraq bu qadağaya məhəl qoyulmaması bir daha onu göstərir ki, ortada külli miqdarda mənimsəmə və rüşvət faktları mövcuddur”.
Oxşar xəbərlər