Rubl heç vaxt ölməyəcək

  • 18 apr 2015, 12:21
"Rus rublu dünyanın ən yaxşı valyutasıdır və indi onun dollara nisbətdə mövqeyini möhkəmləndirməsi əksər Qərb analitiklərinin proqnozlarını alt-üst etdi."


Demokratik.Az xəbər verir ki, bu fikir Bloomberg agentliyinin yaydığı məlumatda bildirilir.

Bloomberg yazır: "Nəzərə alınmalıdır ki, Ukraynada barışıq Rusiya valyutasının gücləndirilməsinin əsas amilidir. Bu ilin ilk üç ayı ərzində Rusiyanın milli valyutası göstəriciləri üzrə dünyada ən pis koteqoriyadan ən yaxşı səviyyəyə keçdi. Hətta, bu, analitiklərin proqnozlarının səhv olduğunu göstərdi."

Bloombergin iqtisadi-siyasi şərhçisi Leonid Berşidskiy deyib ki, Rusiyada 2014-cü ilin dördüncü rübündə gözlənilməz artım müşahidə olundu. Bu, gələcəkdə ona iqtisadiyyatın bərpasının alternativ üsullarını tapmağa imkan verdi. İndi daha aydın olur ki, Rusiya iqtisadiyyatı əzablı şəkildə ölməyəcək. Çünki, o, ölməmək üçün gec də olsa, hansısa güclü dərman qəbul etməyə başladı."

Rusiya Federal Statistika Xidmətinin məlumatına əsasən, keçən ilin son üç ayı ərzində Rusiya iqtisadiyyatında 0,4% artım müşahidə edilib.
Oxşar xəbərlər