Goranboyun Ağcakənd qəsəbəsindən şikayət: "Sahəmizi suvara bilmirik.."

  • 13 iyul 2020, 22:41
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 50 hektarlıq günəbaxan sahəsi rayonun Suvarma Sistemləri İdarəsinin işbazları tərəfindən susuzluqla sınağa çəkilir. Sahibkarlar əkdikləri əkin sahəsinin suvarılmasına macal tapmır.
Bu barədə “Demokratik.Az”-a və “DünyanınSəsi”nə şikayət edən fermerlərdən biri - Məmmədov Kamil Mehdixan oğlu bildirir ki, aylardır əkinin su təminatı Goranboy SSİ-nin sahə rəisi Abay adlı şəxs tərəfindən mümkünsüzləşib. 
Hər hektarına 20 manat rüşvət istənildiyini və tələb olunan rüşvəti ödəyə bilmədiyini deyən fermer su birokratiyası qarşısında aciz qaldığını, baş verənlərin ölkə iqtisadiyyatına qarşı sayqısızlıq hesab etdiyini deyir.
Şikayətdən o da aydın olur ki, fermerə qarşı haqsızlıq o həddə çatıb ki, qəsəbədən keçən Qaraçay çayının yuxarı hissəsində yerləşən Su Nasos Stansiyasının Nemət adlı işçisi bugün atı minib əraziyə gələrək sahədə suçu işləyən İbrahimov Emin Məhərrəm oğlunu döyüb.
Stansiyanın işlərindən kənara çıxan və kanalın axını üzrə özbaşına yolla digər sahibkarlara su paylayan şəxs hətta onlara su verilməyəcəyini də bildirib.
Fermerin sözlərinə görə, sahədə 80 ailənin mövsümi olaraq işləməsinə və aylıq gəlir əldə etmələrinə də imkan yaradılıb. Hazırda günəbaxan tarlasında 7-8 nəfər daimi işçi çalışırsa, tezliklə biçin ayında 80-90 nəfərin işləməsi nəzərdə tutulub.
İnanırıq ki, Goranboy rayonunun başbilənləri, xüsusilə də Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov şikayətçilərin səsini eşidər, onlara qarşı ayrıseçkiliyə və suvarma maxinasiyalarına son qoyular...
Dünyanınsəsi.az saytının rəhbəri Ərşad İbrahimovun həmin sahədə lentə aldığı videosüjeti, fermerin videoşikayətini təqdim edirik...
Oxşar xəbərlər