Xəbər lenti
Bütün xəbərlər

Zahid Oruc: "Sahibkarlığı inkişaf etdirməliyik, yoxsa.."

  • 20 may 2020, 12:52
“Ünvanlı sosial yardımın verilməsində insan amilinin aradan qaldırılması istənilən səviyyədə deyil".
Bunu Milli Məclisin dünən keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Zahid Oruc deyib. O bildirib ki, ünvanlı sosial yardımın verilməsindənsə, sahibkarlığı inkişaf etdirmək daha yaxşı olardı:
"5 rayonda icra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki, biz bu problemdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik. İcra başçıları həbs olunmayan rayonlarda da bu problem qalmaqdadır. Yaşam şəraitinin yaxşılaşdırmaq və bu problemlərdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik”.
Oxşar xəbərlər