Azərbaycanlı “Qazprom”un səhmdarı oldu

  • 14 may 2020, 11:05
Rusiyanın qaz nəhəngi olan “Qazprom”un səhmdarları sırasına bir azərbaycanlı qoşulub. Söhbət “Qazprom” İdarə Heyətinin sədr müavini Famil Sadıqovdan gedir. O, mayın 6-da keçirilən hərracda holdinqin nizamnamə kapitalının 0,000232 faizlik adi səhmlərini əldə edib.
“Qazprom”un nizamnamə kapitalı 23 milyard 673 milyon 512 min 900 adi səhmdən ibarətdir. Beləliklə, əslən Naxçıvandan olan həmyerlimiz holdinqin 54 min 920 səhmini alıb. Mayın 6-də qapalı hərracda holdinqin səhminin biri 187,05 rubl təşkil etdiyinə görə F.Sadıqovun aldığı paket üçün 10,27 milyon rubl xərclədiyini söyləmək olar.
Oxşar xəbərlər