Neft şirkətlərinin zərəri 1 trilyon dollar olacaq

  • 30 apr 2020, 22:40
2020-ci ildə neft şirkətləri dəhşətli itkilərə məruz qalacaq – onların gəlirləri 1 trilyon dollar azalacaq. 
Bu barədə CNBC Rystad Energy araşdırmalar firmasının materiallarına istinadən xəbər yayıb. Materiala əsasən 2019-cu ildə böyük neft şirkətləri 2,47 trilyon dollar məbləğində gəlir əldə ediblər. İndiki qiymət düşməsi bu gəlirin 40 faiz – 1,47 trilyon dollar azalmasına gətirib çıxara bilər.
Koronavirus pandemiyası başlanmazdan əvvəl neft şirkətlərinin bu il 2,52 trilyon dollar gəlir əldə edəcəyi proqnozlaşdırılmışdı. İndi isə onun 1,79 trilyon dollara düşəcəyi gözlənilir.
Xammal bazarlarında baş verən kəskin ucuzlaşma energetika sektorunun S&P 500 indeksindəki payını da kəskin azaldıb. Hazırda bu pay 3 faiz təşkil edir. Analitiklər bildirirlər ki, neft sektorunda razılaşdırılmış layihələr çərçivəsində aktivlik 1950-ci ildən bəri ən aşağı həddə düşüb: investisiyaların həcmi 110 milyard dollara qədər azalıb ki, bu da 2019-cu ildəkinin 25 faizindən də aşağıdır.
Oxşar xəbərlər