Xəbər lenti
Bütün xəbərlər

Millət vəkili: Nəzərlər yenə UNEC-ə yönəlir

  • 29 apr 2020, 13:26
Koronavirus pandemiyası bütün dünyanın təhsil sistemlərini də təhdid etdi. Distant təhsil qaçılmaz oldu. Distant təhsil məqsədyönümlü, metodik baxımdan təşkil olunmuş İKT alətlərindən istifadə olunmaqla həyata keçirilən təhsildir. Distant təhsildə bütün təhsil fəaliyyətləri: mühazirələr, seminarlar, laboratoriya işləri, kurs və diplom layihələri nəzərdə tutulur. Təhsilin bu növünün ənənəvi təhsildən üstünlükləri bunlardır: Bu qabaqcıl texnologiyalardan istifadə imkanlarını genişləndirir, təhsilin individual xarakterini gücləndirir, auditoriya dərsləri keçməyə imkanı olmayan böyük alimləri tədris prosesinə cəlb edir, məsləhətlərin çevik formada verilməsini intensivləşdirir, əhalinin geniş təbəqələrinin təhsilə əlçatanlığını təmin edir və s. Başqa sözlə, distant təhsil fasiləsiz təhsilin ayrılmaz tərkib hissəsidir. Bura distant idarəetməni də əlavə etsək, prosesi tamamlamış olarıq. Və məlum sadaladığım bütün keyfiyyətləri özündə birləşdirən UNEC distant təhsil nümunəsini gördük. Bütün bunlar bu ali məktəbin timsalında inkişaf etdirilərək “Distant Ali təhsil: Yeni imkanlar və müasir çağırışlar” UNEC Distant Ali təhsil Beynəlxalq Forumu-2020” layihəsində kuliminasiya nöqtəsinə çatdı. Qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə UNEC distant ali təhsillə bağlı hər il keçiriləcək Beynəlxalq Foruma start verdi. İlk belə forum may ayının 1-də saat 16.00-da onlayn keçiriləcək. Forum azərbaycan dilində aparılacaq və Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-dan olan azərbaycanlı alimlər distant təhsillə bağlı öz dəyərli mülahizələrini bölüşəcəklər. Bu Forum da tələbələr, müəllimlər, geniş əhali təbəqələri üçün distant təhsilin əlçatan olmasını təsdiqləyəcək və təhsilin bu vacib növünün fəlsəfəsinə yeni çalarlar verəcək. Optimistlər üçün geniş fürsətdir.
Etibar Əliyev
Oxşar xəbərlər