7 min məcburi köçkün ailəsi üçün evlər tikilir

  • 27 apr 2020, 21:21
Rövşən Rzayev: “Prezidentin təsdiqlədiyi plan üzrə 2020-ci ildə 7 mindən yuxarı məcburi köçkün ailəsi üçün qəsəbələr inşa edilməlidir”
İndiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə Heydər Əliyev Fondu da böyük töhfələr verib. Bu günədək 110 qəsəbə istifadəyə verilib. Bu qəsəbələdə 62494 məcburi köçkün ailəsinin, ümumilikdə, bu qəbildən olan 315 min soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2020-ci ildə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Real.TV-yə müsahibəsində bildirib ki, Prezidentin təsdiqlədiyi plan üzrə 2020-ci ildə 7 min ailədən yuxarı məcburi köçkün ailəsi üçün qəsəbələr inşa edilməlidir. Bu planın həyata keçirilməsi istiqamətindəı işlər sürətlə davam edir. Prezident tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində iki qəsəbə salınır. Bu qəsəbələrdən biri 1890 ailə, 1152 ailə üçün nəzərdə tutulub: “Qəsəbənin birində doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Digərində isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılıb. İnşaat işlərinə 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Noyabr ayının sonlarına bu qəsəbələr tam hazır olacaq”.
Komitə sədri hazırda Ramana qəsəbəsi ərazisində 1512 ailəlik yeni qəsəbənin də inşa edildiyini də məlumat verib: “Bu qəsəbənin inşası üçün vəsait Dövlət investisiya proqramından ayrılıb. İnşaat işləri sürətlə gedir, 1000-dən yuxarı işçki qüvvəsi orada işləyir, müasir texnikalardan istifadə olunur. Bütün tikinti şərtlərini nəzərə alaraq keyfiyyətli müasir qəsəbə ərsəyə gətiriləcək”.
Daha bir qəsəbə Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub və inşaat işlərinı başlanıb. R.Rzayev bu qəsəbənin də çox gözəl, müasir bir qəsəbə olacağını bildirib. Komitə sədri hımçinin məlumat verib ki, ərazilərə qənaət etmə prinsipi ilə Qaradağ rayonunun Ümid qəsəbəsində inşa olunmuş və artıq istifadəyə verilmiş qəsəbə mövcuddur. Onun da ərazisində imkan tapıldı və orada 3 yeni bina inşa edilir. Həmin üç binada 180 mənzil olacaq: “Oraya Qaradağ rayonunda məskunlaşmış 180 məcbrui köçkün ailəsini köçürəcəyik”.
R.Rzayev Maştağa ilə Kürdəxanı arasında 576 ailə üçün nəzərdə tutulmuş bir qəsəbənin də tikintisinin hazırda davam etdiyini bildirib.
Bölgələrdə də müəcburi köçkünlər üçün yeni evlərin tikintisi işlərinin aparıldığını deyən R.Rzayev məlumat verib ki, Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün qəsəbə tikilir: “Cənab Prezidentin verdiyi tapşırıqların və qarşımıza qoyduğu işlərin icrası zamanı müəyyən qədər qənaət əldə olunub. Bu qənaət hesabına isə Lənkəran şəhərindı 50 mənzildən ibarət bir beşmərtəbəli bina bina inşa edilir.
Ağdam rayonu ərazisində bir ədəd beş mərtəbəli 50 məznilli bina inşa olunaqdadır. Füzuli Rayonunun işğaldan azad olunan kəndində 30 fərdi ev tikilir. İnşası tamam olandan sonra insanlar oraya köçürüləcək. Köçürülmə prosesi dıə dövlət hesabına olacaq. Bir sözlə bu il 7 min məcburi köçkün ailəsinin mənzilə təmin olunması üçün qarşımıza qoyulan tapşırığın, proqramın həyata keçirilməsi işləri davam edir”. /musavat.com/
Oxşar xəbərlər