Bu il “Şahdəniz” 100 milyon dollar gəlir gətirib

  • 01 apr 2020, 21:37
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,834 mlrd. ABŞ dolları daxil olub.
“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.
Bu ilin I rübü ərzində ARDNF-ə daxil olan vəsaitin həcmi isə 98 mln. ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ARDNF-ə “Şahdəniz” yatağının işlənməsindən əldə olunan mənfəət qazının satışından vəsait 2007-ci ildən daxil olur. Bu yataqda hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır.
Oxşar xəbərlər