“Türk axını” qaz kəməri istismara verildi

  • 08 yan 2020, 22:52

Türkiyənin İstanbul şəhərində "Türk axını” qaz kəmərinin işə salınması mərasimi keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edib.

Həmçinin Serbiya dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan prezidenti Boyko Borisov da mərasimə qatılıblar.

Azərbaycanı isə Energetika naziri Pərviz Şahbazov təmsil edib.

Qeyd edək ki, "Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Layihə "Türk axını” Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyənin Yunanıstanla sərhədinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin birinci hissəsi, qazın Türkiyə bazarına tədarükü üçün, ikinci hissəsi Cənubi və Cənub-Şərqi Avropaya nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin hər bir hissəsi ildə 15,75 milyard kubmetr qaz nəql edəcək. (modern.az)

Oxşar xəbərlər