Xəbər lenti
Bütün xəbərlər

Sədr manatdan danışdı

  • 27 fev 2015, 19:02

"Məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir”.

Demokratik.Az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev deyib. O bildirib ki, gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir:

"ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir”, - deyə A. Əliyev bildirib.

DGK sədri onu da qeyd edib ki, məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir: "Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. İl yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil”.

 

Demokratik.Az

Oxşar xəbərlər