Xəbər lenti
Bütün xəbərlər

Manat pensiyanı artıra bilər...

  • 26 fev 2015, 11:30
"Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq".


Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. O, belə hallar olacağı təqdirdə pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bunun aradan qaldırılacağını deyib. 

DSMF sədri buna görə narahat olmağa əsas olmadığını deyib. Onun sözlərinə görə, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir.

O, deyib ki, bu ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesi, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparılıb.

"Bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən, istehlak qiymətləri indeksinin dəyişməsindən asılı olmayaraq pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərindən qorunmasını ifadə edir”.

 

Demokratik.Az 


 

Oxşar xəbərlər