ABŞ büdcəsinin kəsiri trilyon dollara çatdı

  • 26 okt 2019, 17:07

ABŞ büdcəsinin kəsiri bu ilin sentyabrında başa çatan növbəti maliyyə ilində bir trilyon dollara çatıb.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, dünyanın ən qüdrətli dövlətinin xəzinəsindəki kəsir ötən illə müqayisədə 26% artaraq 984 milyard dollar olub.

Bu son 7 ildə ən yüksək göstərici sayılır. Büdcə gəlirləri 4% artaraq 3,462 trilyon təşkil etsə də, xərclər 8% yüksələrək 4,447 trilyona qədər artıb.

ABŞ prezidenti Donla Tramp isə ikinci dəfə seçilməsi halında büdcə kəsirini ləğv edəcəyini bildirib. Lakin əslində belə bir böyük dəliyin yaranmasının səbəblərinin başında onun vergiləri azaltmaq və hərbi xərcləri artırmaq siyasəti durur. Ötən illə müqayisədə ABŞ Müdafiə Nazirliyinin büdcəsi 9% artırılıb.

Bundan başqa, ABŞ-ın dövlət borcları üçün ayrılan xərclərin də burada rolu var. Bu il faiz ödəmələri 10 fazi yüksələrək 51 milyard dollarlıq nəticə göstərib.

Maliyyə naziri Stiven Mnuçin isə hələ də Konqresi israfçı və məsuliyyətsiz xərclərdən qurtulmağa çağırır.

Xatırladaq ki, ötən il Donald Tramp bir sıra humanitar və insan haqları sahəsindəki vəsaitlərin kəsilməsi barədə qəbul etmişdi.

Oxşar xəbərlər