İqtisadiyyat Nazirliyi yenidən təşkil olunsun - TƏKLİF

  • 23 okt 2019, 14:28

Şahin Mustafayevin iqtisadiyyat naziri vəzifəsindən azad edilib baş nazirin müavini təyin olunmasından sonra İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müzakirələr aparılır. Bir çox ekspertlər nazirliyin fəaliyyətində ciddi dönüşün yaradılması üçün öz təkliflərini səsləndirirlər.

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, əsas məsələ yeni nazirin kim olacağında deyil, nazirliyin təkmilləşdirilməsindədir: "Bu qurum yenidən təşkil olunmalı, onun funksionallığının, fəaliyyətinin effektivliyinin artırılması üçün addımlar atılmalıdır. İqtisadiyyat Nazirliyinin indiki nəhəng, xaotik strukturu tamamən dəyişməlidir. Onun əsas funksiyası makroiqtisadi tənzimləmə ilə, uzağı sektorial iqtisadi inkişafın planlaşdırılması və tənzimlənməsi ilə məhdudlaşmalıdır”.

Ekspert hesab edir ki, istehlak bazarının tənzimənməsi, sahibkarlığın inkişafı avtonom agentliklərin funksiyası olmalıdır: "Bir də ən vacibi - regional inkişafla ayrıca strukturun məşğul olması çox önəmlidir. Dövlət orqanlarının fəaliyyətində dəqiq fokusun, çevikliyin və funksionallığını olması çox önəmlidir”. /Musavat.com/

Oxşar xəbərlər