Xəbər lenti
Bütün xəbərlər

Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL

  • 18 okt 2019, 22:34

"Prezident haqlı iradlar bildirdi. Hazırda ərəblər, iranlılar kimi istehlakçı bir cəmiyyət yaratmışıq. Bu gün yaradılan məhsul elə bu gün də istifadə olunur. Bu gələcəyimiz üçün çox təhükəlidir”.

 

Bu fikirləri Bizimyol.info saytına verdiyi açıqlamada keçmiş maliyyə naziri, professor Saleh Məmmədov səsləndirib.

"Yönəldilən maliyyənin əsas hissəsi istehlak xarakterli tədbirlərə istifadə olunur. Neftin özü də istehlak xarakterli məhsuldur.Əslində bu gün Azərbaycan cəmyyəti yaradıcı və istehsalçı cəmiyyət kimi inkişaf etməlidir. Prezident dəfələrlə göstərişlər verib, amma yerinə yetirmək məsələsi axsayır. Ona görə o komandasına ciddi xəbərdarlıq etdi. Bu gün dünya miqyasında 4-cü sənaye inqilabı prosesi gedir. Birnci sənaye inqilabı 19-cu əsrin ortasında başlayıb və onun artıq dünyada 4-cü mərhələsidir. 4-cü sənaye inqilabı Biz üç sənaye inqilabının nailiyyətlərindən sadəcə istifadə etmişik, cüzi də olsa yaradılmasında iştirak etmişik. Amma 4-cü sənaye inqilabından istehlakçı kimi də iştifadə edə bilmirik”,- deyə o bildirib. İqtisadçı alimin bildirdiyinə görə, hazırkı şəraitdə cəmiyyətin inkişafı əsasən sənayedən asılıdır.

"Bizim sənayemiz ikinci sənaye inqilabı həddinə belə çatmayıb. Sadəcə neftin hesabına yeni texnologiyalar alıb istifadə edirik, yeyib-içib yatırıq. 1910-cu ildə ikinci inqilabı prosesi gedərkən Azərbaycanın 2 milyon əhaliyə qarşı 240 min sənaye işçisi var idi və daha çox avadanlıq istehsal edən ağır sənaye idi. Mən hökumətdən ayrılanda sənayedə 400 000 işçi yeri var idi (Əhali 7,2 milyon nəfər - Şəxsən mənim xahişimlə ölkənin sənaye korpusunun toxunulmazlığı təmin olundu. Məndən qabaq daha çox idi (425 min). İndi isə 10 milyon əhalinin cəmi 197 min işçi yeri var. Bu o deməkdir ki, biz qeyri-neft sənayesində hər hansı bir irəliləyiş eləməmişik, əksinə geri getmişik və ikinci sənaye inqilabı səviyyəsində qalmışıq. Ağır sənayeni ümumiyyətlə yox dərəcəsinə endirmişik. Cəmi bu günkü qeyri neft sənaye məhsulumuz 1990-cı ilin tekstil sənayesi qədər deyil. Olan sənaye də istehlak xarakterli məhsullardan ibarətdir. Prezident göstəriş verir, ortaya proqramlar qoyur ki, sənaye inkişaf etsin. Biz də Yaponiya, C. Koreya, Malayziya, Sinqapur kimi inkişaf etmiş ölkə olaq. Neft sənayesi özü 20-ci əsrin əvvəlində necə idisə elə də qalıb. Dünyada neft sənayesinin ilk qurucusu - ölkənin - istehsal etdiyi dizel yanacağının keyfiyyəti avro 3 səviyyəsindədir, avro 4, avro 5 standartına uyğun istehsal edilə bilmir. Bu gün biz 95 markalı benzin istehsal edə bilmirik, idxal edirik. Neft və qazın emalından yüzlərlə elmi xarakterli məhsul alınır, bunu da edə bilmirik. Heç neft sənayesini normal qura bilməmişik, o da olsun qeyri-neft sənayesi. Bunun texnologiyası hər yerdə var, amma bizdə gətirib istehsal etmirlər. Prezident də elə bunu deyir. Bu şəhərdə heç avro 3 standartlarına cavab verən yanacaq yoxdur. Millət karbonun, zəhərin içində boğulur. SOCAR kimi böyük bir şirkət bu gün elmə ən az 1 milyard xərc çəkməlidir. Bu gün sərf edilən vəsait sabah ikiqat geri qayıdır. Bizdə isə nəinki 1 milyard, heç 2 milyon da xərclənmir. Pezident sərəncam verir, istiqamətləri göstərir, amma icraçıların başı öz istehlak bizneslərinə qarışıb.Elmi yaradıcı inkişaf istiqamətində proqram qəbul edilməlidir. Konkret istiqamət müəyyənləşməlidir. Qeyri neft sektorunun inkişafı elmi texniki tərəqqidən keçir. Elm olmadan bu mümkün deyil. Vaxt var idi qoldan güclü bir azərbaycanlı, bir türk 10 əcnəbini qol gücünə yerə yıxa bilirdi. Bu gün artıq elm zamanıdır bir ixtira ilə 1000 pəhləvanı, hətta bəzən, milyonunu yerə sərmək olar.

Biz yatmamalıyıq, sabah düşmən canlı qüvvələrimizin üstünə təpədən dırnağa qədər silahlanmış robotlar göndərəcək, bir robot əsgərə 1000 canlı əsgər cavab verə bilməyəcək. 2014-cü il böhanından sonra əsas kapitala qoyulan investisiya, uyğun olaraq tikinti istehsalı idən- ilə azalıb. Halbuki inkişaf elə bundan asılıdır. 2014-cü ildən başlayaraq əsaslı kapitala qoyulan investisiya xərcləri hər il azalıb, son 2019-cu ilin avqust ayına azalma 5 faiz olub. Bunu 4 il üst-üstə qoyanda görün hara gedir: bu il əsaslı vəsait qoyuluşu 2014-cü il səviyyəsindən 40%-ə də çatmır. Azərbaycan ixracata bir manat da olsun elmi məhsul çıxarda bilmir. Sinqapur balaca bir ölkədir, ildə 400 milyard dollarlıq ixracatının 150 milyard dollar təmiz elmi məhsuldu: inteqral sxemlər, hard və soft İT məhsulları, süni intelektli robot və maşınlar və s. Dövlət başçısı bunları deyir, sərəncamlar imzalayır, vəsait ayırır amma bu vəsaiti istifadə edənlər xalqa yox, əsasən şəxsi istehlak və və lüks tələbatlarına və ya xarici banklara ötürmək üçün istifadə edirlər. Azərbaycan hazırda yaradıcılığa və yığıma istifadə olunan milli gəlirin payına görə ən geridə qalan ölkələrdən biridir. Halbuki, prezidentin irimiqyaslı proqramlarının yerinə yetirilməsi bu rəqəmin C. Koreya, Yaponiya, İsrail kimi ən yüksək olan ölkələrin səviyyəsində olmasını tələb edir”.

Saleh Məmmədov qeyd edib ki, Azərbaycan əhali və əmək ehtiyyatlarının yüksək sürətli artımı olan ölkədir, bu da yığıma, əsaslı vəsait qoyuluşuna sərf olunan milli gəlirin payının xeyli artırılmasını tələb edir./Bizimyol.info/

Oxşar xəbərlər