Neft Fondunun 3 illik fəaliyyətini bu şirkət yoxlayacaq

  • 23 sen 2019, 15:04

Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini həyata keçirəcək şirkəti müəyyənləşdirib. 

Fonddan verilən məlumata görə, qurum dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib. Xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş PraysvoterhausKupers Audit Azərbaycan şirkəti müsabiqənin qalibi seçilib. Şirkətlə müvafiq müqavilə imzalanıb.

Oxşar xəbərlər