Demokratik TV
Xəbər lenti
Uşaq pulu nəyə görə verilməlidir? (ŞƏRH)
- 23 sen 2019, 14:53
Tanınmış iqtisadçı alim Qubad İbadoğlu da bu barədə öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır:
"Nəzərə alsaq ki, ölkəmiz həm də müharibə şəraitindədir, bədxah qonşumuz Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib, gənclərimiz ərazi bütövlüyümüzü qorumaq üçün məcburi hərbi xidmətə gedirlər, bu baxımdan hesab edirəm ki, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.
Təəssüflə qeyd edirəm ki, son tədqiqatlar Azərbaycanda uşaqların həm çəkisində, həm də ki boy artımında norma ilə müqayisədə azalma var. Bunu hərbi komissarlıqda və çağırış məntəqələrində tibbi müayinədən keçən uşaqlarla əlaqəli aparılmış müşahidələr də təsdiq edir. Bu baxımdan hesab edirəm ki, dövlət uşaqlara sahib çıxmalı, onların istehlak, təhsil, sağlamlıq ehtiyaclarını minumum səviyyədə olsa da, uşaq pulu ödənilməsi vasitəsilə qarşılamaldır.
Çünki, sabah hərbi xidmətə gedəcək gənc uşaqlıq dövründə dövlətin qayğısına möhtacdır. Ona görə də Azərbaycanda uşaqların normal qidalanması, eyni zamanda sağlamlığının təmin olunması, yaxşı təhsil alması üçün uşaq pulunun verilməsi zəruridir".
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
“Uşaq pulu” bərpa oluna bilər - MM-də müzakirəyə çıxarılacaq
Azərbaycanda son 5 ildə 52 uşaq övladlığa verilib
Hadi Rəcəbli uşaq pulunun bərpasına da etiraz etdi
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bakıda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq
Oqtay Şirəliyev azyaşlı uşaq ölümlərindən danışdı
Hərbi xidmətə getmə yaşı dəyişdiriləcək
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti