Xəbər lenti
Bütün xəbərlər

Pensiya təyinatına dəyişikliklər ediləcək

  • 19 fev 2015, 20:13

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Sumqayıt şəhərinin, Abşeron, Xızı və Quba rayon sakinlərinin qəbulunu keçirib.

ANS TV-nin məlumatına görə, "açıq qapı” şəklində keçirilən görüşdə məcburi sosial sığorta ödəyiciləri və pensiyaçılar olmaqla 25 nəfərdən çox vətəndaşın müraciətinə baxılıb. Jurnalistlərə müsahibəsində Elman Mehdiyev əlilliyə görə pensiyaların təyin olunmasında bu il dəyişikliklər gözləndiyini açıqlayıb. Fondun sədri deyib ki, ən çox müraciət ikinci qrup əlilliyə olduğuna görə əsas dəyişikliklər də məhz bu kateqoriya üzrə pensiyaların təyinatına şamil ediləcək.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev hesab edir ki, bu məsələyə yenidən baxılması, əlilliyə görə pensiyanın təyinatının tənzimlənməsi, xüsusi ilə burda olan süni imtiyazların aradan qaldırılmasına imkan verə bilər. Bu da sığorta prinsiplərinindaha da dərinləşdirilməsi və təyin olunan pensiyalar ilə ödənilən sosila sığorta haqları arasında əlaqələrin gücləndirilməsi üçün vacib şərtdir.



Oxşar xəbərlər