5.7 milyard manatın müəmmalı taleyi - Azərbaycanda bir iş yeri 500 min manata yaradılıb?

  • 03 avq 2019, 18:20

imgDünən prezident yanında hökumətin ilin ilk yarısına həsr olunmuş müşavirə keçirilib. Həmin müşavirədə çıxış edən iqtasidiyyat naziri Şahin Mustafayevin açıqladığı fikirlər isə ekspertlər tərəfindən təəccüblə qarşılanıb və tənqid olunub.  

Şahin Mustafayev çıxışında deyib ki, bu günə qədər sənaye parkları və məhəllələrinin yaradılmasına 5 mlrd. 700 mln. manat sərmayə qoyulub və həmin investisiyalar nəticəsində 11000 iş yeri yaradılıb.


Məsələ ilə bağlı fikirlərini açıqlayan REAL Partiyasının funksioneri, tanınmış iqtisadçı Natiq Cəfərli qeyd edib ki, nazirin dedikləri bir sıra sualların meydana çıxmasına səbəb olur. "Birincisi, belə çıxır ki, 1 iş yerinin yaradılmasına 500 min manat pul xərclənib. Belə bahalı iş yerlərinin yaranması nə ilə əsaslandırılır? İkincisi, sənaye parklarının rezidentləri bu günə büdcəyə ödədiyi vergilərin miqdarı nə qədərdir? Üçüncüsü, hər hansı bir hesablama varmı ki, bu günə qədər olan 5,7 mlrd. manat yatırım büdcəyə vergi və digər ödənişlər şəklində hansı zaman kəsimində geri dönəcək?”.

Ekspert onu da vurğulayıb ki, nazirlər, məmurlar hər iclasda rəqəmlərlə "rəqs edirlər”. "Amma hesabat belə olmur – hər səslənən rəqəmin iqtisadi "pasportu”, əsaslandırılması olmalıdır”.

Oxşar xəbərlər