Xəbər lenti
Bütün xəbərlər

Şirkət prezidentinin qızı həbs edildi (FOTO)

  • 13 fev 2015, 19:08

Şirkət prezidentinin qızı həbs edildi...

 

"Korean Air" aviaşirkətinin prezidentinin qızı, şirkətin keçmiş vitse-prezidenti Ço Xen 1 il müddətinə həbsə məhkum edilib. 40 yaşlı qadın uçuşların təhlükəsizliyi haqqında qanunu pozub. Bu barədə ANS-ə istinadən Demokratik.Az xəbər verir ki, qadın təyyarə reysini gözlətməkdə günahlandırılırdı. O həmçinin təyyarə kapitanına öz vəzifələrini yerinə yetirməyə mane olmaqda da günahlandırılıb.

Prokuror qadının 3 il müddətinə həbs edilməsini tələb etsə də, məhkəmə onu bir illik həbs cəzasna məhkum edib.

Qeyd edək ki, hadisə keçən il dekabrın 5-də olub. Xen duzlu fındıq istəyib və stüardessa fındıqları boşqabda deyil, paketdə gətirib. Bundan qəzəblənən Ço Xen ekipajdan stüardessanı qovmağı tələb edib. Nəticədə Nyu-York reysi 20 dəqiqə ləngiyib. Daha sonra Xen öz davranışına görə üzr istəyib.

Demokratik.Az

Oxşar xəbərlər