ABŞ “Huawei” şirkətini qara siyahıya salıb

  • 16 may 2019, 08:49

ABŞ-ın Ticarət Nazirliyi Çinin "Huawei” şirkətini və onun 70 bölməsini qara siyahıya daxil edəcək.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

Qərar onuna əsaslandırılır ki, "Huawei” ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd fəaliyyətdə iştirak edirlər.

İndi "Huawei”in hər hansı avadanlığını satan Amerika istehsalçıları ölkə hakimiyyətinin lisenziyasını almalıdırlar.

Daha əvvəl Amerika tərəfi "Huawei” şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.

Oxşar xəbərlər