Turistlərə yay müjdəsi: bu yol işinizi asanlaşdıracaq

  • 13 apr 2019, 22:42

Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik yolun tikintisinə başlanılıb.

Axar.az-ın verdiyi xəbərə görə, Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulduqdan sonra 13 min nəfərə yaxın sakinin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq.

Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək. Hazırda yolun torpaq yatağının bərkidilməsi işləri aparılır.

Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu turizm əhəmiyyətlidir. Gəndob-Yalama yolunun 24-cü kilometrliyindən başlayan yol yay mövsümündə yerli turistlərin Xəzər dənizinin Niyazoba çimərliklərinə getməsini rahatlaşdıracaq.

Oxşar xəbərlər