Xəbər lenti
Bütün xəbərlər

Britaniya Parlamentdə “Brexit” üzrə yenə razılıq yoxdur

  • 02 apr 2019, 07:44

Böyük Britaniya parlament üzvəri "Brexit” prosesində növbəti addımları atmaq üçün səsverməyə təqdim olunan təkliflər barədə razılıq əldə edəbilməyiblər.

Bu barədə Britaniya bürosunun "BBC News” xəbər yayıb.

Bildirilir ki, parlamentdə "Brexit”də alternativ təkliflər səsverməyə təqdim edilib.

Ancaq parlament üzvlərinə təqdim edilən 4 müxtəlif təkliflərdən heç birində razılıq əldə olunmayıb. Britaniyanın Brexit sonrası gömrük birliyində qalma təklifi yalnız 3 səslə rədd edilib

Qeyd edək ki, ötən həftə Böyük Britaniya parlamenti Tereza Meyin təqdim etdiyi sazişi 3-cü dəfə rədd edib.

Tereza Mey ya Aİ-dən çıxmaq üçün qoyulan 12 aprel tarixini uzatmalı, yada Aİ-dən heç bir razılaşma əldə etmədən ayrılmalıdır. /ONA/

Oxşar xəbərlər