Londonda Cənub Qaz Dəhlizi müzakirə edilib

  • 28 fev 2019, 20:25

Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Beynəlxalq Neft Həftəsində "Xəzər dənizi regionunda neft və qaz hasilatındakı artım” mövzusunda seminar baş tutub.

"Report”un Böyük Britaniya bürosunun məlumatına görə, seminarda "Global Resources Partnerships” ("Qlobal Resurslar Ortaqlığı”) şirkətinin qurucusu və baş icraçı direktoru Mehmet Öğütçü çıxış edərək Xəzər regionunun neft və qaz hasilatındakı mövqeyinə toxunub: "Bu bölgədəki ehtiyatlara nəzər salsanız, görərsiniz ki, bölgənin potensialı çox genişdir və hələ bu potensial tamamilə istifadə edilməyib”.

M.Öğütçü Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi haqqında məlumat verərək onun meqalayihə olduğunu bildirib: "Cənub Qaz Dəhlizi layihəsi çox sayda ölkəni əhatə edir və böyük maliyyə vəsaitlərini, texnoloji inkişafı özündə ehtiva edir”. M.Öğütçü layihənin açılışı, gələcək planlardan danışıb, daha sonra seminar iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, "Global Resources Partnerships” şirkəti mərkəzi Böyük Britaniyada yerləşən enerji, təbii ehtiyatlar və investisiya məsləhət qrupudur.

Oxşar xəbərlər