Minimum əməkhaqqı artırıldı

  • 08 fev 2019, 22:14

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.

Oxşar xəbərlər