Toxum idxalı aradan qaldırılır- VİDEO

  • 31 yan 2019, 10:02

Aqrar sahədə yüksək məhsuldarlığın əsas şərtlərindən biri keyfiyyətli toxumdur. Ölkəmizdə toxum istehsalı yüksək səviyyədə olmadığından bu sahədə idxaldan asılılıq var. Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən və bir neçə gün bundan əvvəl əsaslı şəkildə yenidən qurulan tərəvəzçilik elmi-tədqiqat institutunun "kartof və tərəvəz toxumları istehsalı" kompleksində keyfiyyətli toxum istehsalına başlanılıb.

Yaxın gələcəkdə Azərbaycan başda kartof olmaqla müxtəlif tərəvəzlərin toxumuna olan tələbatı məhz yerli istehsal hesabına ödəyəcək. Belə ki,Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun balansında olan "Kartof və tərəvəz toxumları istehsalı" kompleksində toxum istehsalı həyata keçirilir.

İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur.

Tərəvəz toxumları virussuz şəraitdə yetişdirilir. Kompleksdəki istixanalar ağıllı texnologiya hesab edilir. Yəni istehsal üçün nəzərdə tutulan bütün elementlər kompyuter vasitəsilə idarə edilir.

Toxumun yetişdirilməsi bir neçə mərhələdən keçir. İlk növbədə biotexnologiya laboratoriyalarında bitkidən kiçik bir toxuma alınır. Daha sonra alınan kiçik hissələr iqlim otağına köçürülür

Ən sonda isə müəyyən səviyyəyə qədər böyüyən bitkilər istixanalara köçürülərək toxum istehsalı həyata keçirilir.


Oxşar xəbərlər