Demokratik TV
Xəbər lenti
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
- 17 yan 2019, 11:09
Türkiyədə 2018-ci ildə 1 milyon 375 mindən çox daşınmaz əmlak satılıb. Bu, ötən illə müqayisədə 2,4 faiz azalma deməkdir.
AZƏRTAC Türkiyə Statistika İdarəsinə istinadla xəbər verir ki, ölkə üzrə daşınmaz əmlak satışı üzrə rekord göstərici İstanbulda qeydə alınıb. Belə ki, İstanbulda ötən il 234 mindən çox daşınmaz əmlak satılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 17 faizini təşkil edir. Satış sayı üzrə ikinci sırada 9,5 faizlə Ankara, üçüncü yerdə isə 5,5 faizlə İzmir şəhərləri yer alıb. Qeydə alınan ən az satış sayı isə Hakkaridə olub. Burada il ərzində ümumilikdə 159 daşınmaz əmlak satılıb.
2018-ci ildə xarici vətəndaşlara satılan əmlak sayı ötən illə müqayisədə 78,4 faiz artaraq 39 min 663 olub. Bu siyahıda da ilk yeri İstanbul tutur.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti