Siqaretlər də bahalaşdı - NİYƏ?

  • 30 sen 2018, 10:58

Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb.

Demokratik.Az-ın məlumatına görə, belə bir addımın atılacağı öncədən proqnozlaşdırılırdı. Yayılan məlumatlara görə, dünən Bakıda da olmaqla, günün ikinci yarısından etibarən marketlərdə siqaret və tütün məmulatlarının qiymətində ciddi şəkildə artımı hiss olunub. 2 manata qədər olan siqaretlər 10 qəpik, 2 manatdan yuxarı olan siqaretlər isə 20 qəpik bahalaşıb. Bahalaşmaya səbəb kimi, yerli istehsalın zəif olması, tütünün də xaricdən idxal edilməsi göstərilə bilər. Ölkədə yalnız 2 cür siqaretin ("Prima" və "Vaysroy") hazırlandığını və onun xammalının da 80 faizinin xaricdən gəldiyini nəzərə alsaq, bu adda tələbatın qiymətinin qeyri-stabilliyini başa düşmək çətin deyil.

Son bir ayda qiymət artımı siqaret və tütün məmulatlarından əlavə, çay məhsullarında da müşahidə olunub. Siqaretdən fərqli, bu məhsula artımın konkret hansı səbəblərə baş verməsi hələ də mübahisəli və müəmmalıdır.

Çaylarda bahalaşma tempi 20 qəpik-1 manat arasında dəyişib.

 

S/s  Məhsulun adı  Əvvəlki qiyməti  Hazırkı qiyməti
1.  Azərçay 450 q.  7,60 AZN  8,40 AZN
2  Azərçay 100 q.  1,80 AZN  2,00 AZN
3.  Beta 100 q.  2,20 AZN  2,40 AZN
4.  Beta 225 q.  5,20 AZN  5,80 AZN
5.  Beta 450 q.  10 AZN  11 AZN
6.  Çempion 100 q.  2,20 AZN  2,40 AZN
7.  Çempion 225 q.  5,20 AZN  5,80 AZN
8.  Çempion 450 q.  10 AZN  11 AZN

 

Bahalaşmaya dair rəsmi açıqlama və izah hələ verilməyib.

 

Demokratik.Az

Oxşar xəbərlər