Gürcüstan turizmdən ayda 441 milyon dollar qazanır

  • 15 sen 2018, 13:10

Gürcüstan KİV-nin xəbərinə görə, 2019-ci ilin avqust ayında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir 441 mln dollar təşkil edib ki, bu da rekord göstəricidir. Bu barədə Gürcüstan Milli bankının sonuncu makroiqtisadi hesabatında söhbət açılır.

Hesabatda yer almış məlumatlara əsasən, turizm sahəsində ölkənin aylıq gəliri ilk dəfə olaraq cari ilin iyul ayında 400 milyon dollar həddini aşıb. İyul və avqust aylarında turistlər Gürcüstanda toplam 872 milyon dollar xərcləyiblər.

Bu arada, yanvar ayından avqusta qədər, Milli bankın məlumatına görə, turizm qonşu ölkəyə 2,2 milyard dollar gəlir gətirib. Qeyd etmək lazımdır ki, turizm gəlirlərinin toplam məbləği 8 ay ərzində Gürcüstanın ümumi ixrac məbləğini demək olar, 50 milyon dollarüstələyib.

Milli turizm administrasiyasının məlumatına görə, cari ilin 8 ayı ərzində Gürcüstana 5,9 milyon beynəlxalq səyahətçi səfər edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahə üzrə artım 12,2 faiz təşkil edir.

Turizm mövsümünün qızğın çağında – iyul və avqust aylarında Gürcüstana 2,5 milyon türist gəlib. Təkcə avqustda ölkənin dövlət sərhədlərini 1,3 milyon xarici vətəndaş və Güscüstanın rezidenti olmayanlar adlayıb.
Ötən il Gürcüstana 7 milyon 554 min 936 beynəlxaq səyahətçi gəlib. Həmin il turizm ölkəyə 2,7 milyard dollardan artıq gəlir gətirib. Mütəxəssislərin proqnozuna görə, 2018-ci ildə ölkənin turizmdən gəliri 3 milyard dolları adlayacaq.

Belə məqamlarda deyirlər – sağ əli Azərbaycanın başına…/mənbə - «AzPolitika.info»/

Demokratik.Az

Oxşar xəbərlər