«VTB»-nin başçısı dollardan imtina planı hazırlayıb

  • 14 sen 2018, 16:48

Rusiya KİV-in verdiyi xəbərə görə, «VTB»-nin («vneştorqbank» – «xarici ticarət bankı») başçısı Andrey Kostin Rusiya iqtisadiyyatının dollarsızlaşdırılması planını işləyib hazırlayıb. Plan 4 hissədən ibarətdir.

«İzverstiya» qəzetinə verdii müsahibədə bankir danışıb ki, ilk növbədə, xarici dövlətlərlə ixrac-idxal əməliyyatları zamanı mümkün qədər tez bir zamanda başqa valyutalara keçmək lazımdır.

İkincisi, Rusiynın nəhəng holdinqləri xarici ölkələrdə yox, Rusiyada qeydiyyatdan keçməlidirlər.

Üçüncüsü, avroabliqasiyaların yerləşdirilməsini «Rusiya meydançasına» keçirməkdən ibarətdir – tam olmasa da, maksimum mükün həcmlərdə.

Dördüncüsü, fond bazarlarının iştirakçılarını elə lisenziyalaşdırmaq lazımdır ki, hamı eyni qaydalar əsasında işləsin.
«Bunlardan başqa, hələ bir sıra kiçik məsələlər də var. Nə isə tez edilə bilər, nə isə uzun vaxt tələb edə bilər. Amma bununla məşğul olmaq lazımdır» – deyə, Kostin qeyd edib.
Bankir bildirib ki, hazırda Uzaq Qərqdə «VTB» əməliyyatların 70 faizini dollarla, 22 faizini rublla, 8 faizini isə yuanla həyata keçirir. Belə sövdələri genişləndirmək lazımdır. /azpolitika/

Demokratik.Az


Oxşar xəbərlər