Demokratik TV
Xəbər lenti
İsmayıllıda Aqroparkın da açılışı olub
- 26 avq 2018, 08:46
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda "Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib.
Demokratik.Az-ın məlumatına görə, dünənki açılışda iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlət başçısına ətraflı məlumat veriblər.
Bildirilib ki, ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident Goranboyda önəmli açılışlar edib
Prezident Beyləqanda taxılçılıq sahəsinə baş çəkib
İlham Əliyev İsmayıllıda olub
İlham Əliyev Gəncədə yol tikintisinə 12 milyon manat ayırdı
İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayırdı
İlham Əliyev xanımı ilə teatr və məscidin açılışında
40 fermerə 1,5 milyon manat ayrılacaq
İlham Əliyev iki rayona 45,3 milyon manat ayırdı
Sabirabadda Sənaye Məhəlləsinin təməli qoyulub
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti