Demokratik TV
Xəbər lenti
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
- 17 iyun 2018, 12:04
Bazar gününə keçən gecə Moskva aeroportlarında onlarla reys təxirə salınıb və ya ləğv olunub.
"Report” xəbər verir ki, onların arasında gecə saatlarında Moskvadan Bakıya uçmalı olan təyyarə reysi də var.
Gecə saat 01:40 radələrinə qədər ümumilikdə Vnukovo aeroportunda 5 aviareys, Domodedovoda, Moskva-Bakı aviareysi də daxil olmaqla 14 reys, Şeremetyevoda isə 6 reys təxirə salınıb və ya ləğv olunub.
Lakin yarım saatdan sonra təxirə salınan və ya ləğv olunan aviareyslərin sayı artıb. Bakı vaxtı ilə 02:20-yə olan məlumata görə, Domodedovo hava limanında 14 reys gecikmə ilə uçub, ikisi ləğv olunub, Vnukovoda 8 reys gecikib və 3-ü ləğv olunub, Şeremetyevodan isə 8 reys uça bilməyib.
Reyslərin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Moskva-Bakı reysi yubanır
Moskva aeroportlarında 34 aviareys təxirə salınıb
Bakı-İstanbul aviareysi yenə təxirə salınıb
Bakı-İstanbul aviareysi ləğv edildi
İstanbul-Bakı aviareysi təxirə salındı
Bakı-Ankara reysi təxirə salındı - xəstəyə görə
AZAL-dan yeni təyyarə ilə Nyu Yorka birbaşa reys...
Bakıdan Moskvaya uçuşların sayı artırılır
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti