Şamaxıdakı qəzalı körpü yenidən tikilir – VİDEO

  • 21 may 2018, 19:51

Yeni körpü Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin yenidən qurulması layihəsi çərçivəsində tikilir.

ARB TV xəbər verir ki, hazırda körpü sökülərək yerində yenisi inşa edilir.

Əraziyə lazımı sayda Azərbaycan avtomobil yolları dövlət agentliyinin canlı qüvvə və texnikası cəlb olunub.

4 hərəkət zolağı olmaqla yenidən tikilən körpü müasir, təhlükəsiz yol infrastrukturunun yaranmasına hesablanıb.

Pirsaat çayında sululuq artan zaman sütunlarından biri aşınmaya məruz qaldığından körpü yararsız vəziyyətə düşmüşüb. Şamaxının girişində yerləşən resbublika əhəmiyyətli yolun keçdiyi körpü uzun müddətdir nəqliyyatın hərəkətinə bağlı olduğundan sürücülər üçün də çətinlik yaranırdı.

Ağasalam Nəhmətov - Sürücü: "Yol birtərəfli və dar idi. Gecə vaxtı lap çətin olur. 30 sürət qoyulub ora. 30 sürətlə gedirsən, şaqmanların biri o yandan, biri bu yandan gəlir. Qalırsan birtərəfli yolun içərsində çıxa bilmirsən”.

Yeni körpü və ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bu hissəsinin yenidən qurulması turizmin və regionların sosial-iqtisadi inkişafı baxımından da əhəmiyyətli hesab olunur.


Oxşar xəbərlər