43 min işçisi olan şirkət Azərbaycanı tərk edir

  • 25 apr 2018, 10:45

"Saipem S.p.A” şirətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub.

"APA-Economics” "Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, Landmark 1, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Saipem” neft və qaz sektorunda qazma xidmətləri, eləcə də mühəndis, satınalma, kompleks layihələr, tikinti və boru kəmərləri, torpaq və dənizdə quraşdırma sahəsində dünya liderlərindən biridir. 43 min işçisi olan, dünyanın 60 ölkəsində fəaliyyət göstərən şirkət "TAP” konsorsium ilə layihənin dəniz hissəsində Layihələndirmə, Tədarük, Tikinti və Quraşdırma (EPCİ) işlərinin aparılması ilə bağlı bir neçə müqavilə imzalayıb.

Demokratik.Az

Oxşar xəbərlər