Xəbər lenti
Bütün xəbərlər

TAP tender elan etdi

  • 27 noy 2014, 20:00

Trans-Adriatik Boru Kəməri AG (TAP) Yunanıstan və Albaniyada kompressor stansiyalarının inşası ilə bağlı yeni iki tender elan edib. Bunun biri Yunanıstanda Kipo məntəqəsində bir kompressor stansiyasının mühəndislik, təchizat və inşaatı (EPC) və istismarı ilə bağlıdır.

ANS PRESS-in məlumatına görə, digər tender isə Albaniyanın Fiyer məntəqəsində bir kompressor stansiyasının mühəndislik, təchizat və inşaatı (EPC) və istismarı, Bilişt məntəqəsində isə ölçmə stansiyasının inşası ilə bağlıdır. Sonuncu TAP layihəsinin Yunanıstan hissəsindən daxil olan təbii qazın ölçülməsi üçün nəzərdə tutulub.

Kompressor stansiyalarının tərtibatı və xüsusiyyətləri TAP layihəsinin "Şahdəniz II" yatağından Avropaya illik 10 milyard kubmetr təbii qaz nəqlini nəzərdə tutan planına uyğundur. Gələcəkdə bu həcmin 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulub.

TAP layihəsi üzrə boru kəmərlərinin inşası 2016-cı ildə başlayacaq. Layihəsi üzrə ən yüksək səviyyə Albaniyada - 1800 metr olacaq. Boru kəməri bir çox yollardan və çaylardan keçəcək.

Kompressor stansiyaları ilə bağlı tender müqavilələri 2015-ci ilin ikinci yarısında təsdiqlənəcək. 2014-cü ilin son rübündə TAP Yunanıstan və Albaniyada turbo kompressor aqreqatlarının təchizatı ilə bağlı, həmçinin Yunanıstan, Albaniya və İtaliyada iri diametrli kürə klapanlarının təchizatı ilə bağlı tender elan etməyi planlaşdırıb.

TAP-ın təchizat və satınalmalar üzrə direktoru Knut Ştayner Kvindesland deyib ki, kompressor stansiyalarının inşası üzrə tenderə dəvət olunan şirkətlər ciddi ixtisaslaşma prosesindən keçiblər. Tender iddiaçılarının əvvəlki kimi və bundan sonra da sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə ən yüksək standartlara və TAP layihəsinin "sıfır ziyan" siyasətinə cavab verməsi əsas meyardır.

 

 

Demokratik.Az

Xatırladaq ki, TAP layihəsinin köməyi ilə təbii qaz Azərbaycanın nəhəng "Şahdəniz-2” yatağından Avropaya nəql olunacaq. Təqribən 870 km uzunluğunda olan boru kəməri Yunanıstan-Türkiyə sərhəddində - Kipoda Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşəcək. Buradan da Yunanıstan, Albaniya və Aralıq dənizindən keçərək İtaliyanın cənubuna çatacaq.

Təbii qaz ilk dəfə 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə satılacaq. Avropaya isə ilk təbii qaz nəqli təxminən bir il sonra olacaq. TAP layihəsi üzrə yeni pay bölgüsü belədir: BP (20%), ARDNŞ (20%), "Statoil” (20%), "Fluxys” (19%), "Enagas” (16%) və "Axpo” (5%).

Oxşar xəbərlər