Neftimiz ucuzlaşıb

  • 24 mart 2018, 13:21
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 22-də 70,74 dollar/barel təşkil edib ki, bu da daha martın 21-ə olan göstəricidən 0,06 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 70,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 65,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated” etalon növlü neftin son qiyməti isə 68,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.
Oxşar xəbərlər