Ermənistanda ərzaq nə qədər bahalaşıb?

  • 27 fev 2018, 12:55


Ermənistanda bəzi ərzaq məhsullarının nə qədər bahalaşdığı açıqlanıb. Novator.az-ın məlumatına görə, Milli Statistika Xidməti bildirir ki, ötən il 2016-cı illə müqayisədə ən çox balıq və dəniz məhsulları bahalaşıb: 20,5%.

Tərəvəzin 14,8%, meyvənin 10,6%, şəkərin 9,2%, ətin 4,1%, alkoqolsuz içkilərin 2,7%, süd məhsulları, pendir və yumurtanın 0,4% bahalaşdığı xəbər verilir.

Novator.az xatırladır ki, 2017-ci ildə Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz artıb. Dövlət Statistika Komitəsinin son hesabatına görə, bu ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətlərində 2017-ci ilin ilk ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətlərində 6,9 faiz artım qeydə alınıb.

Oxşar xəbərlər