Putin: Neftin ucuzlaşmasının arxasında bir neçə dövlətin apardığı siyasət dura bilər

  • 07 noy 2014, 07:54
Demokratik.Az "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

 

Dünya siyasətinin təyinində iqtisadi maraqların olmasını nəzərə alsaq,siyasət neftin qiymətinin həmişə tərkib hissəsi olub. "Hətta bəzi böhranlı məqamlarda enerji ehtiyatlarının qiymətinin formalaşmasında məhz siyasət üstünlük təşkil edir”, deyə Rusiya prezidenti qeyd edib.   

 

Qeyd edək ki, noyabrın 6-da Brent markalı neftin qiyməti 83,5 dollar təşkil edib.  

 

Vladimir Putin 2014-cü ilin oktyabrında bəyan etmişdi ki, neftin bir barelinin qiymətinin 80 dollar səviyyəsində qalması bütün dünya iqtisadiyyatının çökməsi ilə nəticələnə bilər.

 

 

 

    Demokratik.Az