Xəbər lenti
Bütün xəbərlər

Futbolçu Pato Çinə getdi

  • 31 yan 2017, 18:49

 

Braziliya millisinin üzvü Aleksandre Pato karyerasını Çində davam etdirəcək.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Vilyerreal"dan ayrılan hücumçu Çinin "Tianjin Quanjian" klubu ilə müqavilə imzalayıb. 27 yaşlı futbolçu Çində  ilinə 5,4 milyon avro qazanacaq.  

Pato karyerası ərzində "Milan" və "Çelsi" kimi klublarda çıxış edib. 

Qeyd edək ki, "Zeni"in və Belçika millisinin futbolçusu Aksel Vitesl də bu yaxınlarda "Tianjin Quanjian" klubu ilə müqavilə imzalayıb.
Oxşar xəbərlər