Güləşçimiz dünya reytinqində ikincidir

  • 06 yan 2017, 22:12
Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən qadın güləşçilərin 2017-ci il üçün ilk reytinq siyahısını açıqlayıb.

Qol.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, reytinq siyahısında Azərbaycanın 7 güləşçisinin adı var.

Onlardan 3-nün adı onluğa daxil edilib.

Ən yüksək göstərici 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. O, reytinqdə də ikinci sırada qərarlaşıb.

Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir.
 
Demokratik.Az
Oxşar xəbərlər