“Xəzər Lənkəran” geri dönür

  • 29 dek 2016, 21:03

"Yayda "Xəzər Lənkaran” klubunun əsas komandası ehtimal var ki, öz fəaliyyətini bərpa etsin”.

Bunu klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib.

"Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq"

Onun sözlərinə, komanda bərpa olunsa əvvəlki kimi iddialı komanda olacaq:"Aprel-may aylarında dəqiləşəcək. Qışdan öncə bu şans 20 faiz idisə, indi bu göstərici 60-a bərabərdi. Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq. 100 faiz dəqiq olan şey varsa, o da klub fəaliyyət göstərəcəyi təqdirdə adını dəyişməyəcək və yenidən "Xəzər Lənkəran” kimi oyunlarını keçirəcək, borclarımız ödəniləcək. Komandamızın Premyer Liqadan, yoxsa 1-ci diviziondan mübarizə başlayacağını isə dəqiq deyə bilmərəm. Deyilənlər baş tutsa, "Xəzər Lənkəran” əvvəlki kimi iddialı komanda olacaq".

Demokratik.Az

Oxşar xəbərlər