Xəbər lenti
Bütün xəbərlər

“Mənə bir şey olsa...” – Arda

  • 16 dek 2016, 19:44
"Barselona”nın futbolçusu Arda Turan vətəni Türkiyədə baş verən terrok aktları, eləcə də Suriyadakı qanlı olaylar barədə fikirlərini bildirib.

"Anadolu” agentliyinə müsahibəsində o bildirib ki, bu hadisələr onu dərindən kədərləndirir: "Mənə bir şey olsa, öz ölkəmdə torpağa tapşırılacağam. Ona görə də mən bütün varlığımla ölkəmin, əsgərimizin, polisimizin yanındayam. Türkiyə torpaqları savaşmaq yox, yaşamaq üçündür”.

Suriyadakı hadisələrə də toxunan Arda deyib: "Hələbdə, müsəlman torpaqlarında insanlıq dramı yaşanır.  Müqəddəs kitabımız "Qurani-Kərim”də "bir insanı öldürsən, bütün insanlığı öldürmüş olarsan” kimi bir ayə var. Bu ayəyə rəğmən, müsəlmanların bir-birinə bu qədər qənim kəsilmələri üzücü bir durumdur”.

O, daha sonra deyib: "Türkiyədə və müsəlman dünyasında baş verən mənfi hadisələrin səbəbini özümüzdə axtarmalıyıq. Adət-ənənəmizi, mədəniyyətimizi itiririk. Bayramlarda bir-birimizə zəng edib, təbrik etmək əvəzinə, mesaj göndəririk. Vaxtımız olsa da, böyüklərimizi ziyarət etmirik. Bu dəyərləri itirdikcə, işlərimiz daha da pisləşəcək. Hər zaman daha çox pul, şöhrət, vəzifə haqda düşünürük. Bu, hamımıza aiddir. Ən birinci tənqid isə özümədir”.

qol.az
Oxşar xəbərlər