Luis Enrike heç-heçə sevindi

  • 28 noy 2016, 19:11
"Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 13-cü turunda "Real" Sosyedad"la oyundan (1:1) sonra açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, heç-heçənin onlar üçün yaxşı nəticə olduğunu deyib: "Bu oyunun 1:1 hesabı ilə bitməsi belə bizim üçün möcüzədir. Qalib gəlməyimiz ədalətsizlik olardı. "Real Sosyedad"ı təbrik edirəm. Ard-arda 5 dəqiq ötürmə də verə bilmədik. "Barselona”nın baş məşqçisi kimi, ilk dəfə etiraf edirəm ki, rəqib bizi oyun baxımından üstələdi".

Qeyd edək ki, "Barsa" 10 ildir "Real Sosyedad"ı səfərdə uda bilmir.

L.Enrika növbəti turda qarşılaşacaqları "Real"la oyun haqda da danışıb: "Yenidən ayağa qalxmalıyıq. Ən pis oyunumuzu oynadıq, ancaq "El-Klassiko"da fərqli "Barselona" görəcəyinizə əmin ola bilərsiz".

Əlavə edək ki, "Barselona" - "Real" görüşü dekabrın 3-ü keçiriləcək.
 
Demokratik.Az
Oxşar xəbərlər