Futbolçu meydanda dünyasını dəyişib

  • 12 sen 2016, 21:04
 Fransa Kubokunun üçüncü raundunun oyununda "Biquqliya” klubunun müdafiəçisi Ben İdrise Derme  dünyasını dəyişib.
 
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 34 yaşlı futbolçu qəflətən ürək tutmasından keçinib.
 
Həkimlər futbolçuya meydanda  tibbi yardımı göstərsə də, onun həyatını xilas edə bilməyiblər.
 
Qeyd edək ki, Ben İdrise Derme vaxtilə Burkina-Faso yığmasında dörd oyun keçirib.
Oxşar xəbərlər